Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Urqantın şousu dayandırılıb

Urqantın şousu dayandırılıb

Tarix: 28 Fevral 2022 09:25

"Вечерний Ургант" şousunun yayımı dayandırılıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, şounun aparıcı İvan Urqantın Rusiyanın birinci kanalındakı fəaliyyətinə son qoyulduğu bildirilib. Buna səbəb isə Urqantın Rusiyanın Ukraynaya hücumunu pisləməsi olub. 

Urqant və komandası məsələ ilə bağlı heç bir açıqlama verməyib. Kanaldan bildirilib ki, şou ölkədəki hərbi vəziyyətə görə yayımlanmır. 

"Tamaşaçılarımıza bildiririk ki, bir müddətlik fasilə götürmüşük. Proqram heyəti əvvəlki rejimdə işinə davam edir. Yenidən görüşənə qədər" deyə, şounun rəsmi səhifəsində bildirilib.


Etiketlər:  Urqantın şousu dayandırılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ