Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xarkov “Qrad”la vuruldu - Onlarla ölü, yüzlərlə yaralı - YENİLƏNİB

Xarkov “Qrad”la vuruldu - Onlarla ölü, yüzlərlə yaralı - YENİLƏNİB

Tarix: 28 Fevral 2022 18:28

18:26

Xarkovda "Qrad" atəşi zamanı 11 nəfər həlak olub.

APA xəbər verir ki, bu barədə Xarkov Vilayət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O, hadisə zamanı çoxsaylı yaralananların olduğunu, ölən və yaralananlarla bağlı yekun rəqəmin bir qədər sonra dəqiqləşəcəyini söyləyib.

-------

15:44

Xarkova endirilən "Qrad" zərbələri nəticəsində onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko bildirib.

"Xarkov indicə "Qrad"lardan atəşə tutulub. Onlarla insan ölüb, yüzlərlə yaralı var. Bu dəhşəti bütün dünya görməlidir", - o vurğulayıb.

Milli.Az


Etiketlər:  Xarkov Qradla vuruldu Onlarla ölü yüzlərlə yaralı YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ