Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

37 yaşlı reper güllələndi

37 yaşlı reper güllələndi

Tarix: 28 Fevral 2022 19:26

Reper Snuti Vayld ABŞ-nin Hyuston şəhərində güllələnərək qətlə yetirilib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə "TMZ" nəşri məlumat yayıb. Bildirilib ki, 37 yaşlı reper boyun nahiyəsindən aldığı güllə yarası nəticəsində dünyasını dəyişib.

Ölkə polisinin verdiyi məlumata görə, müğənninin maşını başqa avtomobil tərəfindən təqib olunub. Hadisədən əvvəl tərəflər bir müddət söhbət ediblər, bundan sonra isə reper güllələnib. Onun cəsədi xəndəkdə tapılıb. Snuti xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Hazırda araşdırmalar davam edir.

Qeyd edək ki, Snuti həmkarı Yo Qotti ilə ifa etdiyi "Yayo" mahnısı ilə tanınırdı. 2014-cü ildə dərc olunan video yutubda 43 milyondan çox baxış toplayıb.


Etiketlər:  yaşlı reper güllələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ