Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2022 20:50
Ukraynalı müğənni, aparıcı və "ВИА Гра" qrupunun keçmiş solisti Vera Brejneva ölkəsindəki müharibə şəraiti ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi Ukraynaya dəstək olan hər kəsə təşəkkür edib. o bildirib ki, hazırda çox ağır durumdadır:
"Vecimə deyil nə cür görünürəm, nə yeyirəm, insanlar haqqımda nə düşünür. Bütün gün telefonda otururam, yatmıram, idmanla məşğul olmuram, heç nə haqda düşünə bilmirəm. Anamla dalaşıram, başqa cür bacara bilmirəm.
İndi müharibənin beşinci günündəyik. Müharibə bizdədir, uşaqlar. Ukrayna alovlar içərisindədir, insanlar, uşaqlar ölürlər".
Vera daha sonra hekayə bölümündə Bakıda Ukraynaya dəstək aksiyasında lentə alınan videonu yayımlayıb.
Müğənni digər bir paylaşımında isə "Odessa, dayan, mənim əzizim. Hıçqırıram, yazıram və hönkürürəm. Bu mübarizə nə vaxt bitəcək?" sözlərini əlavə edib.