Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Nüvə müharibəsindən narahat olmağa ehtiyac yoxdur” - Bayden

“Nüvə müharibəsindən narahat olmağa ehtiyac yoxdur” - Bayden

Tarix: 1 Mart 2022 08:36

"Amerikalıların nüvə müharibəsindən narahat olmasına ehtiyac yoxdur".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.

ABŞ xalqının nüvə müharibəsi ehtimalından narahat olub-olmaması ilə bağlı suala dövlət başçısı lakonik cavab verib: "Xeyr".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ordunun mühafizə qüvvələrinin xüsusi döyüş növbətçiliyi rejiminə keçirilməsi barədə göstəriş verib. Onların arasında strateji nüvə qüvvələri də var.

Artıq Rusiyanın Şimal və Sakit Okean donanmaları, eləcə də uzaqmənzilli raketlərlə təchiz olunmuş aviasiya gücləndirilmiş heyətlə hazır vəziyyətə gətirilib.

Milli.Az


Etiketlər:  Nüvə müharibəsindən narahat olmağa ehtiyac yoxdur Bayden


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ