Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2022 13:30
"Biz dünyanın istənilən yerində müharibə və dağıntıların əleyhinəyik və insanların öldürülməsi və infrastrukturun məhv edilməsi ilə razılaşmırıq. Ukraynadakı vəziyyətin əsas günahkarı ABŞ-dır".
İran İslam Respublikasının ali dini rəhbəri Seyid Əli Xamneyi Rusiya Federasiyasının Ukraynada apardığı hərbi əməliyyatları ədalətli və əsaslı saydığını bəyan edib.
Sonxeber.net bildirir ki, İranın kütləvi informasiya vasitələrində də Rusiyanın əməliyyatları tam dəstəklənir. Tehranda çıxan ən populyar qəzetlərin əsas xəbər başlıqlarını təqdim edirik:
"Fəhrixtegan": "Supermen artıq işdən kənardır"
"Siyasəte ruz": "NATO lal oldu. Qərbin hədələrinə rəğmən Rusiya ordusu artıq Kiyevə çatır"
"Solihe nov": "Böyük ibrət dərsi"
"Hemayat": "Qərbə bel bağlamış Ukraynanın böyük məğlubiyyəti"
"Risalət": "Dünya hörümçək torunun titrədiyi günlər"
"Şəhrəvənd": "Komik Zelenskinin faciəsi"
"Jame Jam": "NATO tələsi: NATO-ya inanan Vladimir Zelenski ölkəsini dağıdığı savaşın əsirinə çevirdi"