Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya MN: Ukrayna Ordusunun Azova çıxışı tamamilə bağlanıb

Rusiya MN: Ukrayna Ordusunun Azova çıxışı tamamilə bağlanıb

Tarix: 1 Mart 2022 17:14

Ukrayna qoşunlarının Azov dənizinə çıxışı tamamilə bağlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Donetsk Xalq Respublikası"nın xalq Milis qüvvələrinin aparıcı bölmələri Donetsk vilayətinin inzibati sərhədinə çatıb və Ukraynanın Azov dənizi sahili boyunca rayonlarına nəzarəti ələ keçirmiş Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi hissələri ilə birləşib. Bu gündən etibarən Ukrayna Silahlı Qüvvələrinin Azov dənizinə çıxışı tamamilə bağlanıb", - Konaşenkov vurğulayıb.

Milli.Az


Etiketlər:  Rusiya MN Ukrayna Ordusunun Azova çıxışı tamamilə bağlanıb


RƏYLƏR