Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Enerqodar sakinləri rus hərbçilərini şəhərə buraxmayıblar - VİDEO

Enerqodar sakinləri rus hərbçilərini şəhərə buraxmayıblar - VİDEO

Tarix: 2 Mart 2022 14:52

Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi Zaporojye vilayətinin Enerqodar şəhəri rusiyalı əsgərlərə qarşı mübarizəyə hazırlaşır.

Sonxeber.net korrespondent-ə istinadən xəbər verir ki, çərşənbə səhəri, martın 2-si səhər saatlarından etibarən şəhərə girişlər bağlanıb, AES-in işçiləri Rusiya ordusunu buraxmamaq üçün yola çıxıblar.

Enerqodarın meri Dmitri Orlov bildirib ki, yerli sakinlərin rus ordusu ilə görüşü baş tutub və rus qoşunları geri çəkilib.

"Görüş baş tutdu. Sübut etdik ki, AES və şəhər etibarlı mühafizə altındadır. Sakinlər onları bir addım belə şəhərə buraxmazlar. Dinləyib rəhbərliyə hesabat verməyə getdilər. Növbəti görüş saat 15.00-dadır. eyni yer. Amma hər şey hər an dəyişə bilər. Hazır olun!", - Orlov Telegram-da yazıb.

Həmçinin bildirilir ki, AES-i Milli Qvardiyanın hərbçiləri qoruyur.

"Mərmilər atom elektrik stansiyasının yanına düşə bilər. Onlar reaktorun beton qabığına daxil ola bilməyəcəklər, lakin AES-in təhlükəsizliyi üçün zəruri olan transformatorları, turbinləri və digər avadanlıqları mütləq zədələyəcəklər", - Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirib.

Aslan Məmmədov


Etiketlər:  Enerqodar sakinləri hərbçilərini şəhərə buraxmayıblar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ