Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2022 17:04
Rusiya qüvvələrinin Ukraynaya təcavüzü nəticəsində 2 000-dən çox dinc sakin həlak olub.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti (FVDX) feysbukda məlumat yayıb.
Bildirilib ki, xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olub.
Tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər yaralanıb. Bundan əlavə, FVDX-nin məlumatına görə, müharibənin yeddi günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturu obyektini, evləri, xəstəxanaları və uşaq bağçalarını dağıdıb.