Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rosturizm: Türkiyə, Misir və Tunis rusiyalı turistləri qəbul etməyə hazırdır

Rosturizm: Türkiyə, Misir və Tunis rusiyalı turistləri qəbul etməyə hazırdır

Tarix: 2 Mart 2022 22:14

Türkiyə, Misir və Tunis rusiyalı turistləri qəbul etməyə hazırdır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Rosturizm" agentliyindən bildiriblər.

Məlumata görə, Türkiyə, Misir və Tunis rusiyalı turistləri gözlədiklərini təsdiqləyiblər. Bu üç populyar turizm ölkəsi RF vətəndaşlarının gəlişini dayandırmaq və ya məhdudlaşdırmaq niyyətində deyil. Əksinə, onlar Rusiyadan turist axınının artmasında maraqlıdırlar.

Avropa İttifaqı ölkələri, Kanada və ABŞ Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb və bu ölkəyə qarşı ciddi sanksiyalar tətbiq edib. Rusiyadan Avropaya uçuşlar üçün alternativ kimi yalnız Dubay, Abu-Dabi və Doha aeroportları qalıb.

Milli.Az


Etiketlər:  Rosturizm Türkiyə Misir Tunis rusiyalı turistləri qəbul etməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ