Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 08:15
Süfrə üçün nəzərdə tutulan bütün üzüm sortlarında şəkərin miqdarı həddindən artıq çoxdur, özü də bu, tez mənimsənilən qlükoza və fruktoza şəklində olur.
"Sputnik"in məlumatına görə, bu barədə rusiyalı aqronom və kənd təsərrüfatı mütəxəssisi Vladimir Vikulov bildirib.
Mütəxəssis bir salxım üzümün bəzən bir kiloqram ağırlığında ola biləcəyini xatırladıb:
"Bu isə 150 qram fruktoza deməkdir, hansı ki, orqanizmə ciddi zərbə vurur". Fruktozanın çoxlu miqdarda istehlakı qaraciyərə ciddi ziyan vurur, bu orqanın piylənməsinə səbəb olur.
Şəkərli diabet xəstələri üçün üzüm qadağan olunmuş məhsuldur.
Həmçinin üzümün çoxlu miqdarda istehlakı bədən çəkisinin artmasına gətirib çıxarda bilər.
Bundan əlavə, Vikulovun sözlərinə görə, üzümçülər bitkini zərərvericilərdən qorumaq üçün mütəmadi olaraq məhsula mis, kükürd, funqisid preparatları kimi müxtəlif kimyəvi maddələr vurur. Bu baxımdan o, meyvəni yeməzdən əvvəl 10-15 dəqiqə soda əlavə olunmuş suda saxlamağı, sonra isə axar suda yaxşı-yaxşı yumağı tövsiyə edib.
Saglamolun.Az