Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ukraynalılara humanitar yardım yolladı - FOTO

Rusiya ukraynalılara humanitar yardım yolladı - FOTO

Tarix: 3 Mart 2022 11:00

Rusiya Federasiyasından Ukraynaya ilk humanitar yardım karvanı göndərilib.

Milli.Az İnterfaks-a istinadən bildir ki, Rusiyanın Belqorod vilayətindən yola çıxmış karvanda 20 ton ərzaq (çörək, düyü, yarmalar, ət və balıq konservləri, içməli su, konfetlər, şirniyyat və s.) var.

Belqorod vilayət administrasiyasından verilən məlumata görə, sərhədyanı yaşayış məntəqələrinin sakinləri humanitar yardım yollamaq təklifi ilə Rusiya Silahlı Qüvvələrinə müraciət ediblər. Rusiya ordusunun yerli komandanlığı da Belqorod qubernatoruna müraciəti çatdırıb: "Bütün yardımı sərhədyanı şəhərlər, kəndlər və qəsəbələrin sakinləri, iş adamları toplayıblar".

Humanitar yardım Ukraynanın Rusiya ilə sərhədinin yaxınlığındakı yaşayış məntəqələrində yaşayan ukraynalılara - qadınlara, uşaqlara, ahıllara paylanacaq.

Humanitar yardım karvanının təhlükəsizliyini rusiyalı hərbçilər təmin edirlər.

Milli.Az


Etiketlər:  Rusiya ukraynalılara humanitar yardım yolladı FOTO


RƏYLƏR