Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müharibədən əvvəl Putin onunla danışıbmış…- Sensasion iddia

Müharibədən əvvəl Putin onunla danışıbmış…- Sensasion iddia

Tarix: 3 Mart 2022 13:40

"The New York Times" Çinin Rusiyanın hücumundan əvvəlcədən xəbərdar olduğunu iddia edib.

Milli.Az sfera.az-a istinadla xəbər verir ki, sözgedən qəzetin əldə etdiyi məlumata görə, Çin lideri Putindən Qış Olimpiya Oyunları bitənə qədər gözləməsini istəyib. Pekin bu iddianı dərhal rədd etsə də, Putinin işğal üçün seçdiyi vaxt günün ən çox danışılan mövzularından birinə çevrilib.
 
"The New York Times" sövdələşmənin Rusiya Prezidenti Putinlə Çin Prezidenti Xi Jinping arasında, yoxsa yüksək vəzifəli məmurlar arasında olduğunu dəqiqləşdirməyib. Dünya gündəminə bomba kimi düşən iddiaya Pekin cəbhəsindən cavab gecikməyib. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyui bu iddianı əsassız spekulyasiya və Çini ləkələmək cəhdi kimi qiymətləndirib.
 
Qeyd edək ki, müharibə başlayana qədər Rusiyaya açıq dəstək verən Çin israrla "işğal" ifadəsindən yayınıb və Rusiyanın hücumunu "xüsusi hərbi əməliyyat" adlandırmağa üstünlük verib. 
 
Çinin dövlət mediası "Daily China" dünən Rusiyanın başlatdığı hücum üçün ilk dəfə işğal sözünü işlədib. Bu söz sonradan sözügedən xəbərdən çıxarılsa da, media orqanının "Twitter" hesabında qalıb. 

Milli.Az


Etiketlər:  Müharibədən əvvəl Putin onunla danışıbmış Sensasion iddia


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ