Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abramoviç Ukraynaya 4 milyard verəcək

Abramoviç Ukraynaya 4 milyard verəcək

Tarix: 3 Mart 2022 19:08

Rusiyalı milyarder Roman Abramoviç "Çelsi" futbol klubunu satışa çıxarıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Ukraynada gedən müharibə olub. 19 ildir kliba rəhbərlik edən iş adamı bunu klubun maraqları üçün etdiyini deyib:

"Hər zaman klubun maraqlarına uyğun addımlar atıram. İndi çətinləşən vəziyyətə görə klubu satıram. Bu, biznes maraqlarına və ya pula görə deyil. sadəcə, klubun oyunlardakı iştirakına görədir. Bu qərarı qəbul etmək çox çətin idi, klubla bu cür ayrılıq mənə əzab verir".

Abramoviç klubu 4 milyard funt-sterlinqə (5,3 milyard dollar) satacağını açıqlayıb. O, əlavə edib ki, əldə olunan gəlir Ukraynaya dəstək üçün xeyriyyə fonduna göndəriləcək. Bu pulla müharibədə əziyyət çəkən ukraynanılara yardım ediləcək. 

Roman eyni zamanda dağılan binaların tikintisi üçün pul xərcləyəcəyini söyləyib. 

Hazırda klubun alıcıları çoxdur. Onun yeni sahibinin isveçli biznesmen Hansyorq Viss ola biləcəyi güman edilir. Viss hazırda ABŞ-da yaşayır və dünyanın ən varlı isveçrəli biznesmeni hesab edilir. Onun var, dövləti 5,1 milyard dollar dəyərindədir. Abramoviçin isə var-dövləti 13 milyard dollar dəyərində qiymətləndirilir. 

Viss bildirib ki, təklif onun üçün çox da uğurlu görünmür, Roman çox məbləğ istəyir. İş adamı bir neçə gün düşünəcəyini deyib. 


Etiketlər:  Abramoviç Ukraynaya milyard verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ