Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 08:24
Zaporojye AES-də vəziyyət son dərəcə ağır olaraq qalır.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Dövlət Administrasiyasının rəhbəri Oleksandr Starux feysbuk hesabında yazıb.
"Stansiya rəhbərliyi və şəxsi heyəti fəlakətin qarşısını almaq üçün bütün səylərini əsirgəmir" - Starux bildirib.
Qeyd edək ki, Rusiya hərbçiləri Zaporojye AES-in birinci enerji blokunu atəşə tutub. Atəş nəticəsində çıxan yanğın hələ ki, söndürülməyib.