Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 10:10
Ukraynada Rusiya Silahlı Qüvvələrinin zirehli-tank birləşmələri son iki sutkada çox ağır itkilər veriblər.
Sonxeber.net bildirir ki, Rusiyanın Ukraynaya yeritdiyi hərbi birləşmələrdə say etibarilə ən "populyar" olan T-72B3, T-90A, T-90SA və T-90M tanklarını ukraynalı hərbçilər Ukrayna istehsalı olan "RK-3 Korsar ATGM" tank əleyhinə raket kompleksi və ABŞ istehsalı olan "FGM-148 Javelin" zenit-raket kompleksi ilə asanlıqla vuraraq sıradan çıxarırlar.
Hazırda ən ağır, şiddətli döyüşlərin getdiyi Kiyev və Xarkov vilayətlərində son sutkada Rusiyanın 40 tankı vurulub.
Bu gün səhər saatlarından etibarən Rusiyanın zirehli-tank birləşmələri yerdəyişmələr edərək müvəqəti dislokasiya və cəmləşmə yerlərini dəyişiblər, yeni mövqelər tutmağa çalışıblar.
Onların qarşısını Ukrayna ordusu ilə Ərazi Müdafiə Qüvvələri, habelə könüllülər kəsiblər.
"Ukraynada Rusiya tanklarına divan tutulur", - bunu isə rusiyalı tankçılardan biri deyib.