Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müharibəyə baxmayaraq heç bir tədbiri dayandırmayacağını elan etdi

Müharibəyə baxmayaraq heç bir tədbiri dayandırmayacağını elan etdi

Tarix: 4 Mart 2022 12:58

Çexov adına Moskva İncəsənət Teatrının bədii rəhbəri Konstantin Xabenskinin Ukraynadakı əməliyyatlara baxmayaraq Rusiyada heç bir tədbiri təxirə salmayacağını bildirib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor instaqram hesabında bununla bağlı paylaşım edib:

"Heç vaxt siyasətlə, onun müzakirəsi ilə məşğul olmamışam. Bu gün də bunu etmək fikrində deyiləm. Bu gün "lehinə" və ya "əleyhinə" danışan insanın istənilən fikri cəmiyyətdə mənfilik fırtınasına səbəb olur. Bir-birimizin fikrinə hörmət edək, heç olmasa sosial şəbəkələrdə ictimai repressiyalar təşkil etməyək.

İndiki durumda, insanların hər gün öldüyü bir şəraitdə səhnəyə çıxıb öz işimizi görmək mənim və bir çox həmkarlarımın psixoloji cəhətdən çox çətindir. Amma biz öz işimizi davam etdirəcəyik. Çünki teatr insandan, insan ruhunun həyatından, insan həyatının dəyərindən danışılan yerdir".

Qeyd edək ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukraynada xüsusi əməliyyatı dəstəkləməyən və eyni zamanda büdcə pulu alan mədəniyyət xadimlərinin istefaya göndərilməsini təklif edib.

Bundan başqa bir çox incəsənət nümayəndəsinə sanksiyalar tətbiq edilib. Azərbaycanlı milyonçu Vaqif Əliyevin qızı, musiqi prodüseri Natella Krapivina və bacısı A.V.Əliyevanın Rusiya vətəndaşlığı ləğv edilib. Belə ki, onların pasport alma prosedurunda səhvlər aşkar edilib və pasportun verilməsi etibarsız hesab olunub. Rusiyanın "Mumiy Troll" qrupu Ukraynada baş verən hadisələr fonunda konsert fəaliyyətlərini dayandırdığını açıqlayıb. Bununla yanaşı bəzi sənətçilər hələ də səssizliyini qoruyur. Məsələn, Natalya Davydova, Viktoriya Şelyagova, Natalya Yakimçik uzun müddətdir ki, instaqramdakı paylaşımlarını yeniləməyib. Bundan başqa döyüşləri tənqid edən müğənni Sergey Lazarevin instaqram hesabı silinib. Son olaraq tanınmış rusiyalı yumorist və şoumen Maksim Qalkinin martın 14-də baş tutması planlaşdırılan konserti ləğv edilib.


Etiketlər:  Müharibəyə baxmayaraq heç tədbiri dayandırmayacağını elan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ