Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buraxılış imtahanları və ali məktəblərə sənəd qəbulu başlayır - VİDEO

Buraxılış imtahanları və ali məktəblərə sənəd qəbulu başlayır - VİDEO

Tarix: 4 Mart 2022 16:44

Bu ilin 5-6 mart tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən 11-ci siniflər üçün buraxılış imtahanı keçiriləcək. Bu həm də ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi hesab olunur. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xanlar Xanlarzadə deyib ki, imtahan saat 11-də başlayacaq və 3 saat davam edəcək. Abituriyentlər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə imtahan verəcəklər. 

Hər bir abituriyentdən 3 sənəd-şəxsiyyət vəsiqəsinin əsli, imtahana buraxılış vərəqəsi və sağlamlıq haqqında bəyənnamə tələb olunacaq. 

DİM rəsmisi bildirib ki, sağlamlıq haqqında bəyənnamə buraxılış vərəqəsi ilə birgə çap olunaraq, imtahan iştirakçısı tərəfindən imzalanıb nəzarətçiyə təqdim ediləcək. 

Onun sözlərinə görə, yaşı 16-dan az olan abituriyentlərin şəxsiyyət vəsiqəsi şəkilsizdirsə, onlardan əlavə olaraq şəkilli arayış tələb olunacaq. 

Həkim-psixoloq Esmira Qafarova isə deyib ki, əvvəlki illərlə müqayisədə hazırda abituriyentlər daha çox narahat və həyəcanlıdırlar. Səbəb onların uzun müddət onlayn tədrisə cəlb olunmalarıdır. 

Qeyd edək ki, martın 5 və 6-da imtahanlar 30 şəhər və rayonda təşkil olunacaq. Əvvəlki illərin məzunlarına gəlincə, onlar üçün qəbul imtahanının birinci mərhələsi aprelin 2-3-də keçiriləcək. Həmin şəxslər 4-17 mart tarixlərində Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçməlidirlər. 

Beləliklə, sabahdan etibarən ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbuluna başlanır. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Buraxılış imtahanları ali məktəblərə sənəd qəbulu başlayır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ