Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 19:15
İnstaqram platformasında kifayət qədər populyar olan bloger Leyla Muradlı maraqlı addımı ilə diqqət çəkib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, ata və anasının ailə qurmasının 30 illiyi münasibəti ilə fərqli fotosessiya edib. Belə ki, Leyla illər öncə valideynlərinin bəy və gəlinlik libası geyinmədən evləndiyini bildirib. Bloger bunu 30 il sonra reallaşdırmaq üçün anası Aybəniz və atası Vüqar Muradlını bəy-gəlin obrazında kamera qarşısına çıxarıb.
Leyla lentə alınan fotoları 570 min izləyicisi olan hesabında paylaşıb, onları təbrik edib:
"Sevginin rəsmini göstər desələr, bunu təqdim edərdim. Fotoda 30 illik sevginin ən gözəli var. 30 ildir bir -birini təmənnasız, bütün çətinliklərdə birlikdə olan, amma əsla gəlinlik və bəylik geyinə bilməyən iki insanın rəsmi var. Bir- birini çox sevən iki insanın "bu anı yaşamadan olmaz" deyib belə bir sürpriz etdik".