Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2019 01:00
Bu gün Əbu-Dabidə UFC-242 axşamı çərçivəsində UFC üzrə dünya çempionu, Rusiyanı təmsil edən Həbib Nurməhəmmədovun çempionluğa namizəd olan amerikalı Dastin Puarye ilə qarşılaşıb.
Qol.az-ın məlumatına görə, döyüşün taleyi 3-cü raundda həll olunub. Nurməhəmmədov rəqibinə boğucu fəndlə qalib gəlib.
Bununla da Həbib keçirdiyi döyüşlərdə qələbə sayını 28-ə yüksəldib. Onun rəqibi Dastin Puarye isə 26-cı döyüşündə 6-cı məğlubiyyətini alıb.
Qeyd edək ki, qələbə Həbib Nurməhəmmədova 6 milyon dollardan çox pul qazandırıb.