Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2019 01:44
Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Fransa - Albaniya oyunundan öncə xoşagəlməz hadisə yaşanıb.
Qol.az-ın xarici KİV-lərə istinadən xəbər verir ki, matçdan əvvəl stadionda Albaniya himni əvəzinə əvvəlcə Andorra, ardınca isə Monteneqro himni səsləndirilib.
Bu azmış kimi, stadionun diktoru Mett Spiro bu cür yanlışlığa görə Ermənistandan üzr istədiklərini bildirib. Qonaq komandanın üzvləri doğru himn çalınana qədər oyuna başlamağı rədd ediblər. Daha sonra Albaniyanın himnin səslənməsi ilə oyun təxminən 5 dəqiqəlik gecikmə ilə başlayıb.
Qeyd edək ki, Fransa – Albaniya görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.