Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 03:24
Eskişehirdə həyat yoldaşını yaşadıqları evin 3-cü mərtəbəsinin eyvanından yerə atan şəxsin məhkəməsi başa çatıb.
Sonxeber.net türk mediasına istinadən xəbər verir ki, təqsirləndirilən şəxsə 13 il həbs cəzası çıxarılıb. "Aramızda mübahisə oldu. Davamlı olaraq onu aldatdığımdan şübhələnirdi. Narkotik istifadə edirdi. Sonda əsəbləşdim və dedim: "Səni aldadıram, yaxşı edirəm". Siqaret çəkmək üçün balkona çıxdım. Sonra gəlib məni balkondan atdı" deyə qadın bildirib.
Qeyd edilir ki, üçüncü mərtəbədən düşən qadın ağır xəsarətlər alıb.
Şikayətçinin vəkili təqsirləndirilən Ufuk G.-nin həbsdə olarkən həyat yoldaşının üzr məktubunu da məhkəməyə təqdim edib.
Anar Əli