Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sapoqa sataşmaq olmaz – Putin yeni qanun imzaladı

Sapoqa sataşmaq olmaz – Putin yeni qanun imzaladı

Tarix: 5 Mart 2022 07:22

Rusiya Prezidenti Vladimir Putin ordunu nüfuzdan salan feyklərə və ölkəyə qarşı sanksiyalara çağırışlara görə cinayət cəzası və böyük cərimələri nəzərdə tutan qanun layihəsini imzalayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, qanun layihəsi Dumanın bu gün keçirilən plenar iclasın qəbul olunub.

Qanuna əsasən RF-nin Cinayət və Cinayət Prosessual məcəllələrinə dəyişikliklər edilir.

Sənəddə qeyd edilir ki, belə bir cinayətə görə azadlıqdan məhrum etmə müddəti 15 ilə qədər ola bilər, əgər feyklər ağır nəticələrə səbəb olarsa.

Rusiya Silahlı Qüvvələri ilə bağlı qəsdən yalan məlumatların yayılmasına görə isə aşağıdakı cəzalar nəzərdə tutulub:

- 700.000-dən 1,5 milyon rubla qədər və ya 18 aya qədər müddətə məhkumun əmək haqqı və ya digər gəliri miqdarında cərimə;

- bir ilədək islah işləri;

- üç ilədək müddətə məcburi əmək;

- Eyni müddətə azadlıqdan məhrum etmə.

Qanun layihəsində Rusiyaya qarşı sanksiya çağırışlarına görə də cəza nəzərdə tutulur:

500.000 rubla qədər cərimə və ya üç ilədək müddətə məhkumun əmək haqqı və ya maaşı və ya digər gəliri miqdarında;

- üç ilədək müddətə azadlığın məhdudlaşdırılması;

- üç ilədək müddətə məcburi əmək;

- altı ayadək müddətə həbs;

- iki yüz min rubla qədər miqdarda cərimə və ya məhkumun əmək haqqı və ya əmək haqqı və ya hər hansı digər gəliri miqdarında cərimə olunmaqla və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə.

Rusiya ordusunu diskreditə-nüfuzdan salmağa çağırışlara görə maksimum cəza 15 il azadlıqdan məhrum etmə olacaq.

Milli.Az


Etiketlər:  Sapoqa sataşmaq olmaz Putin yeni qanun imzaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ