Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kiyevdə minik avtomobili atəşə tutuldu - 2 ölü, 4 yaralı

Kiyevdə minik avtomobili atəşə tutuldu - 2 ölü, 4 yaralı

Tarix: 5 Mart 2022 10:08

Kiyev vilayətində mülki avtomobil Rusiya qoşunları tərəfindən atəşə tutulub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Kiyev Vilayət Prokurorluğu yayıb.

Atəş nəticəsində avtomobildə olan 2 nəfər dünyasını dəyişib. Həlak olanların biri qadın, digəri 17 yaşlı qız olub.

Avtomobildə olan daha 4 nəfər isə yaralanıb. Onlar da 7 yaşından 17 yaşına qədər qızlardır.

Avtomobil yolda hərəkət edərkən üzərində "V" işarəli hərbi texnika kolonu ilə qarşılaşıb. Kolonda olan tank pulemyotlarından avtomobilə atəş açıldığı bildirilir. 

Martın 4-ü baş verən bu hadisə ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Kiyevdə minik avtomobili atəşə tutuldu 2 ölü 4 yaralı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ