Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 13:18
Dünyanın ən böyük layneri AN-225 Sovet dövründə Ukraynada yaradılıb.
Sonxeber.net Anadolu-ya istinadən xəbər verir ki, dünyanın ən böyük nəqliyyat təyyarəsi Antonov dövlət şirkətinə məxsus An-225 "Mriya" ("Yuxu") Kiyevdən çox uzaqda olmayan Qostomeldə yerləşən Antonov hava limanında hərbi əməliyyatlardan sonra məhv edilib.
Dünyanın ən böyük avialayneri AN-225 Sovet dövründə Ukraynada bir nüsxədə yaradılıb və yüklərin kosmosa daşınması üçün nəzərdə tutulub. SSRİ-nin dağılması ilə əlaqədar olaraq layihə məhdudlaşdırıldı. 2000-ci ildən AN-225 nəqliyyat təyyarəsi kimi istifadə olunur.
Aslan Məmmədov