Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukrayna yuxularımdan çıxmır'' - Əməkdar artist

''Ukrayna yuxularımdan çıxmır'' - Əməkdar artist

Tarix: 5 Mart 2022 16:50

"Müharibə başa çatandan sonra Ukraynanın əvvəlki görkəminə qayıtması xeyli vaxt aparacaq. Heyf o gözəlliyə. Bilmirik həmin gözəlliyi nə vaxtsa görmək bizə yenidən nəsib olacaq, ya yox".

Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyev deyib. O, hər gecə Ukraynanı yuxularında gördüyünü bildirib:

"Ukrayna yuxularımdan çıxmır. Dəfələrlə orada olmuşam. Hazırda orada dostlarım, tanışlarım, tələbələrimiz var. Birdən-birə hər şeyi əllərindən çıxıb. Bu məni bir insan olaraq çox narahat edir. Hazırda onların bəziləri ilə əlaqələrimiz var, amma bəziləri ilə əlaqə kəsilib. Görünür, artıq Ukraynanı tərk ediblər. Bizim köhnə aktrisamız vardı, Leyla Cəbiyeva. Kiyev yaxınlığında ailəsi ilə yaşayırdı. Artıq oranın vətəndaşıdırlar. Leyla xanım oradan çıxa bilmir.  Söhbət əsnasında deyirlər ki, atışmaların ardı-arası kəsilmir".
Aktyor Ukraynada çox olduğunu vurğulayıb:

"Ukrayna ilə əlaqəm çox olub. Teatla ora qastrol səfərlərinə getmişik. Azərbaycan müharibə yaşamış xalqdır, orada gedən dəhşətləri biz də burda vətənimizdə görüb-yaşamışıq. Allah onlara kömək olsun".


Etiketlər:  Ukrayna yuxularımdan çıxmır Əməkdar artist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ