Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 19:25
Meqan Markl yenidən məhkəməyə verilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu dəfə hersoginyanın bacısı Samanta onun Opra Uinfri ilə qalmaqallı müsahibəsindən hiddətlənib.
Meqanın bacısı onu böhtan atmaqda günahlandırıb və hersoginyanın harada yalan danışdığını izah edib.
Samantanın dediyinə görə, Meqan müsahibəsində ailənin yeganə övladı olduğunu vurğulayıb. Bundan əlavə, hersoginya bacısını onilliklər əvvəl gördüyünü deyib. Meqan, həmçinin iddia edib ki, Samanta məhz onun Şahzadə Harri ilə görüşməyə başlamasından sonra Markl soyadını götürüb.
Samanta isə bütün bu deyilənlərin yalan olduğunu bildirib.