Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 22:50
Böyük Britaniya Rusiyada qalması məcburi olmayan vətəndaşlarına ölkəni tərk etməyi şiddətlə tövsiyə edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rusiyada olmağınız məcburi deyilsə, kommersiya işlərinizi tərk etməyi düşünməyinizi şiddətlə tövsiyə edirik", - məlumatda deyilir.
Qeyd edək ki, fevralın 28-də İngiltərə Rusiyanın Ukraynaya hücumları ilə əlaqədar öz vətəndaşlarına Rusiyaya getməməyi tövsiyə edib.