Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ikinci ağır zərbəyə hazırlaşır - Danilov

Rusiya ikinci ağır zərbəyə hazırlaşır - Danilov

Tarix: 6 Mart 2022 18:38

Rusiya Ukraynaya genişmiqyaslı hücumun ikinci dalğasına hazırlaşır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.

O bildirib ki, düşmən Kiyevi tutmaq istəyindən əl çəkməyib:

"Ukrayna ordusu layiqli cavab verir və bizim rus işğalçıları üzərində qələbəmiz günbəgün yaxınlaşır. Amma düşmən hələ də təhlükəlidir və ikinci genişmiqyaslı hücuma hazırlaşır. Biz maksimum müdafiə olunmalıyıq".

Onun sözlərinə görə, Kiyev, Xarkov, Mariupol, Nikolayev, Çerniqov və Odessa strateji şəhərlər olaraq qalır:

"Rusiya ordusunun əsas planı vacib şəhərləri ələ keçirmək, həmçinin Ukraynanı Qara və Azov dənizlərə çıxışını bağlamaqdır".

Milli.Az


Etiketlər:  Rusiya ikinci ağır zərbəyə hazırlaşır Danilov


RƏYLƏR