Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Onsuz efir qonorar ödəməyəcək"

Tarix: 7 Mart 2022 11:55

Əməkdar artist Coşqun Rəhimov verilişə qatılmaq üçün televiziya rəhbərlərindn qonorar istəyən sənət adamlarından bəhs edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor "Zaurla Günaydın" proqramında bu məsələyə toxunub. O bildirib ki, sənət adamlarının bu istəyi heç vaxt reallaşmayacaq:

"Sovet dövründə bütün kanallarda iştirak edirdinsə, qonorar ödəyirdilər. Bu haqda danışdıqca, verməyəcək. Bu mövzuya toxunmayaq. Biz istəsək də, efirə gəlirik qonorar ödəyin desək də, olmayacaq".

Qeyd edək ki, müğənnilər Xatirə İslam, Natavan Həbibi və reper Elşad Xose verilişə gəlmək üçün qonorar istəməsi ilə gündəmə gəlmişdi.

Milli.Az


Etiketlər:  Onsuz efir qonorar ödəməyəcək


RƏYLƏR