Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda zəlzələ baş verib, işıq və telefon kəsildi

İranda zəlzələ baş verib, işıq və telefon kəsildi

Tarix: 8 Sentyabr 2019 17:20

Bakı. Elnur Bağışov - Trend:

İranın cənubunda Hörmüzqan vilayətinin Qeşm adasının Laft liman şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu vilayətin fövqəladə hallar idarəsinin baş direktoru Əlirza Səfa İsini deyib.

S.İsininin sözlərinə görə, zəlzələ nəticəsində indiyədək tələfatın olması haqda məlumat daxil olmayıb.

O əlavə edib ki, zəlzələ nəticəsində Laft limanının elektriki və telefonu kəsilib.

Zəlzələ Laft limanının 11 kilometrliyində qeydə alınıb.

Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İranda zəlzələ baş verib işıq telefon kəsildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ