Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yığmamızın oyununun hakimləri açıqlandı

Yığmamızın oyununun hakimləri  açıqlandı

Tarix: 8 Sentyabr 2019 17:52

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Gürcüstan yığmasına qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, sentyabrın 10-da “Dalğa Arena”da təşkil olunacaq qarşılaşma lüksemburqlu hakimlərə tapşırılıb. Baş hakim Loran Koprivaya Klod Ris və David Matyö Santos yan xətt, Aleks Krüger dördüncü hakim qismində yardımçı olacaqlar.

Qeyd edək ki, görüş saat 20:30-da başlayacaq.
 


Etiketlər:  Yığmamızın oyununun hakimləri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ