Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 17:36
Fransanın xarici işlər naziri Jan-İv Le Drian Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə inanır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "France 5" telekanalının efirində bildirib.
"Hesab edirəm ki, Ukrayna qalib gələcək. Artıq on gündür Ukraynanın ekspertlərin təsəvvür edə bilməyəcəyi miqyasdakı müqaviməti daha çox heyrətləndirir", - Le Drian deyib.
Nazir qeyd edib ki, müharibənin nəticəsi Rusiya üçün dözülməz olacaq: "Prezident Putin hansısa məqamda seçim qarşsında qalacaq: ya Rusiyanın fəaliyyəti üçün əhəmiyyətli nəticələr əldə etmək, ya da danışıqlara başlamaq".
Le Drian əmindir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları uzunmüddətli perspektivdə Putini gələcək aqressiyadan çəkindirəcək.