Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 18:44
Rusiya Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ümumilikdə 600 raket atıb və toplanmış döyüş gücünün, təxminən, 95%-ni Ukrayna ərazisinə yönəldib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.
Adı açıqlanmayan məmurun sözlərinə görə, ABŞ bazar günü Xerson və Nikolayevdə davam edən döyüşləri izləyib, Rusiya qoşunları isə hələ də Kiyev, Çerniqov və Mariupolu mühasirəyə almağa çalışır.