Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 18:48
Rusiyalı rejissor Kantemir Balaqov ölkəni tərk edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, rejissor bu barədə instaqram hesabında hava limanında iti ilə birgə çəkilmiş şəklini paylaşaraq yazıb.
"Rusiyanı tərk etdik. Çox təəssüf edirik və sözün əsl mənasında məhv olmuşuq. Bir anın içində gələcəyimiz, həyatımız əlimizdən alındı. Valideynlərimizi, dostlarımızı əlimizdən aldılar. Ancaq birini götürə bilmədilər - bu filmdir.
Qəlbimiz bu kabusa qarşı duran Ukrayna və Rusiya xalqının yanındadır" - deyə, o, bildirib.
Qeyd edək ki, Kantemir fevralın 24-dən etibarən Rusiyanın Ukraynaya qarşı keçirdiyi hərbi əməliyyatlara qarşı çıxan ilk məşhurlardan olub. O, daha əvvəl paylaşdığı yazıda Ukraynaya dəstək olduğunu ifaedə edib:
"İndi bu sadəcə bir kabusdur. Utandırıcı və ağrılıdır. Hər yeni hadisə ilə öz ölkəmi sevmək getdikcə çətinləşir. Elə düşünməyək ki, yalnız bir nəfər günahkardır. Belə düşünmək çox rahatdır. Amma bunun qarşısını almaq üçün heç nə etmədiyimizə görə hamımız günahkarıq".
Onu da qeyd edək ki, bundan əvvəl bir neçə teleqram kanalı Alla Puqaçova, Maksim Qalkin, Renata Litvinovanın Rusiyanı tərk etdiyi barədə məlumat yayıb.