Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 02:24
Kemerovo vilayətinin (Kuzbass) qubernatoru Sergey Tsivilev Ukraynadakı müharibə ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün əsgər anaları ilə görüşüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Analar oğullarının niyə Ukraynaya göndərildiyi ilə bağlı suallarla ona müraciət ediblər.
"Bizim oğlanları niyə ora göndərdilər? Onlar hazır deyildilər. Baxın, onların 20 yaşı var. Bütün gənclər burada oturub. Bəs sizin oğlunuz haradadır? İnstitutda oxuyur?!", - deyə qadınlar etiraz ediblər.
Analar, həmçinin uşaqlarının aldadıldığını, təlim adı ilə müharibəyə aparıldığını bildiriblər.