Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 07:26
Yaxın vaxtlarda Belarus ərazisində Rusiya-Ukrayna danışıqlarının dördüncü raundu keçiriləcək.
Bu barədə jurnalistlərə Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski danışıqların üçüncü raundu başa çatdıqdan sonra deyib.
"Bu gün nəyinsə imzalanacağını güman etmək sadəlövhlük olardı, bunlar həcmli materiallardır. Şübhəsiz ki, yaxın vaxtlarda bu sənədlər üzərində iş davam etdiriləcəkdir. Belə ki, növbəti, dördüncü tur yaxın vaxtlarda Belarus ərazisində keçiriləcək", - deyə L.Slutski bildirib.
O, əlavə edib ki, dəqiq tarix deyə bilməsə də, "yaxın vaxtlarda müəyyənləşəcək".