Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neftin bareli 300 dolları keçə bilər

Neftin bareli 300 dolları keçə bilər

Tarix: 8 Mart 2022 08:56

Rus neftindən imtina dünya iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Bunu Rusiyanın Baş nazirin müavini Aleksandr Novak deyib.

Novak əlavə edib ki, Rusiya neftindən imtinaya görə xam neftin 1 barelinin qiyməti 300 dolları keçə bilər. Avropa bazarında Rusiya neftini tezliklə əvəzləmək mümkün deyil. Bunun üçün azı 1 il tələb olunur. Rusiya neftinə qadağa yanacağın qiymətində sıçrayışa səbəb ola bilər.

Novak bildirib ki, Avropanın neftinin 30%-ni, başqa sözlə 150 milyon tonunu Rusiya təchiz edir.

Milli.Az


Etiketlər:  Neftin bareli 300 dolları keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ