Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiya Peskov və Kadırova sanksiya tətbiq edib

Yaponiya Peskov və Kadırova sanksiya tətbiq edib

Tarix: 8 Mart 2022 09:14

Yaponiya hökuməti daha 20 Rusiya vətəndaşına sanksiya tətbiq edib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, siyahı Yaponiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Siyahıda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, prezident administrasiyasının rəhbəri Sergey Kirienko və Çeçenistan rəhbəri Ramzan Kadırovun da adları yer alır. Biznesmenlərdən Alişer Usmanov və Rottenberqov qardaşları da siyahıya salınıb.

Yaponiya eyni gündə Belarusun 12 fiziki və 10 hüquqi şəxsinə qarşı da sanksiya tətbiq edib.


Etiketlər:  Yaponiya Peskov Kadırova sanksiya tətbiq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ