Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İnsanlarımızı öldürürlər, bizə təcili silah verin” - Ukrayna

“İnsanlarımızı öldürürlər, bizə təcili silah verin” - Ukrayna

Tarix: 8 Mart 2022 19:20

Ukraynaya Qərb müttəfiqlərindən döyüş təyyarələri və hava hücumundan müdafiə vasitələri şəklində ən təcili yardım lazımdır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov açıqlama verib.

Onun sözlərinə görə, Kreml Ukraynaya qarşı müharibəyə hazırlaşanda nəzərə aldığı əsas amillərdən biri də Qərbin ənənəvi süstlüyü və çaşqınlığı idi.

"Qərb onun mahiyyətini təşkil edən hər şeyi: dəyərləri, əxlaqı və prinsipləri itirmək ərəfəsində olanda oyandı. Mələklər kimi öldürülən günahsız insanlar səmamızı qanadları ilə bağlayacaqlarmı? Bəs dünyanın qalan hissəsi necə hiss edəcək?! NATO Ukraynanın səmasını bağlamaq istəmirsə və ya bacarmırsa, bizə silah verin onu özümüz bağlayaq", - Danilov bildirib.

Milli.Az


Etiketlər:  İnsanlarımızı öldürürlər bizə təcili silah verin Ukrayna


RƏYLƏR