Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 14:45
"Hamı məni 23 ildir tanıyır. Bilirlər ki, bu kresloda oturmağa haqqı olmayanları dəvət etmirəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında deyib. Aktrisa verilişinə dəvət etdiyi qonaqlardan danışıb. O bildirib ki, hər insanı verilişinə çağırmağı layiq bilmir:
"Kimsəyə başqa, burada başqa söz deyib yola salmaq istəmirəm. Bu kresloda oturmağa haqqı çatan, sözləri deyə biləcəyim insanları çağırıram. Çünki sənətdən başım çıxır, sənətkarın hansı əziyyətlər hesabına gəldiyini bilirəm. Heç kimin qocalmasını istəmirəm. Cavanikən biz insana dəyər verib, ruhlandırmağı bilməliyik".