Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 22:26
Münaqişə Ukraynanın səhiyyə sistemini zəiflətsə də, o indiyədək müqavimət göstərə bilib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib.
Rayan əlavə edib ki, ÜST münaqişə dövründə sanitar hədəflərə 16 hücumu təsbit edib. Bu hücumlarda 10 nəfər ölüb, 18 nəfər yaralanıb.
"Mən Ukraynanın səhiyyə sisteminin çökəcəyini düşünmürəm. Əksinə, səhiyyə kifayət qədər dayanıqlıdır", - deyə Rayan Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.