Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ukraynadakı hədəf mövcud hakimiyyəti devirmək deyil” - Rusiya XİN

“Ukraynadakı hədəf mövcud hakimiyyəti devirmək deyil” - Rusiya XİN

Tarix: 9 Mart 2022 22:52

"Rusiyanın Ukraynadakı hədəfi mövcud hakimiyyəti devirmək deyil".

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi onlayn brifinqdə deyib.

O qeyd edib ki, Rusiya Ukrayna ilə keçiriləcək sonrakı müzakirə raundlarından irəliləyiş gözləyir:

"Ukrayna tərəfinə mülki şəxslərin təhlükəsiz keçidini təmin etmək üçün mümkün olan hər şeyi etməklə bağlı çağırış etmişik. Bundan sonrakı müzakirələrdə daha vacib addım atılacağına ümid edirik".

XİN sözçüsü bildirib ki, martın 7-də keçirilən müzakirələrdə kiçik irəliləyiş əldə olunub.

"Ukraynada rus hərbçilərin vəzifəsi xalqa qarşı deyil. Hədəf Ukraynanı işğal etməyi, dövləti və mövcud hökuməti devirməyi ehtiva etmir", - o əlavə edib.


Etiketlər:  Ukraynadakı hədəf mövcud hakimiyyəti devirmək deyil Rusiya XİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ