Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 13:39
Bakı. Trend:
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Əhmədova aprelin 28-də saat 14 radələrində A.Kunanbayev küçəsində 2 nəfərin ona zor tətbiq edərək qızıl boyunbağısını aldıqlarını bildirib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
5-ci Polis Bölməsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakinləri Nurlan Həsənzadə və qardaşı Ruslan qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin