Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail prezidentinin təyyarəsinin üzərində yazılan sözlər gündəm oldu: Türkiyəyə mesaj - FOTO

İsrail prezidentinin təyyarəsinin üzərində yazılan sözlər gündəm oldu: Türkiyəyə mesaj - FOTO

Tarix: 10 Mart 2022 13:02

Analitiklər İsrail prezidenti İsaak Herzoqun ötən gün başa tutan Türkiyəyə səfərini şərh ediblər.

Milli.Az metbuat.az-a istinadla xəbər verir ki, İsrail dövlət başçısının olduğu təyyarənin üzərində "Sülh" və "Əməkdaşlıq" sözlərinin yazılması diqqət çəkib. Analitiklər bildiriblər ki, İsrail bu mesajlarla Türkiyə ilə əməkdaşlıq etməkdə nə qədər çox istəkli olduğunu ortaya qoyub.

Həmçinin, Herzoqun Ərdoğanla üz-üzə gələrkən onunla iki əliylə salamlaşması, İsrail dövlət başçısının oturuş tərzi Ərdoğanın liderlik keyfiyyətlərinin Təl-Əviv tərəfindən qəbul edildiyinə işarədir.

Qeyd edək ki, bu, İsrail prezidentinin 14 ildən sonra Türkiyəyə ilk səfəri idi.

Milli.Az


Etiketlər:  İsrail prezidentinin təyyarəsinin üzərində yazılan sözlər gündəm oldu Türkiyəyə mesaj FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ