Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kiyevi almaq mümkün deyil''

''Kiyevi almaq mümkün deyil''

Tarix: 10 Mart 2022 16:00

Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç telemarafon zamanı bildirib ki, ölkənin paytaxtını mühasirəyə almaq mümkün deyil, ona görə də narahat olmaq lazım deyil.

Bu barədə Sonxeber.net UNİAN-a istinadən xəbər verir.

"Kiyevi mühasirəyə almaq mümkün deyil, onu almaq mümkün deyil. Bundan narahat olmağa dəyməz. Bizim qoşunların kifayət qədər böyük qrupu Kiyev yaxınlığında və Kiyevdə fəaliyyət göstərir ki, o da düşməni məhv edir. Dünən yenə güclü zərbələr endirildi, onlardan biri zamanı Kiyevə doğru irəliləyən alayın komandiri Brovarı tərəfdə öldürüldü. Bizim döyüş meydanında üstünlüyümüz var... onlar daim məğlubiyyət yaşayırlar", - Arestoviç bildirib.

Aslan Məmmədov


Etiketlər:  Kiyevi almaq mümkün deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ