Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 16:42
Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun Xarkov şəhərində öldürüldüyü iddia olunur.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Readovka" yayıb.
Bildirilir ki, Avakov bir neçə gün əvvəl rusiyalı hərbi qulluqçuların dəqiq zərbəsi nəticəsində dünyasını dəyişib.
Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
Xatırladaq ki, Arsen Avakov 1964-cü ildə Bakıda anadan olub. Milliyyətcə ermənidir. O, 2014-2021-ci illərdə Ukrayna DİN-in rəhbəri olub.
2013-cü ildə 98,9 milyon dollar sərvətlə "Ukraynanın 200 ən zəngin adamı" reytinqində 118-ci yeri tutub.