Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 17:44
Mariupolun rus qoşunları tərəfindən bombalanması davam edir. Mərmilər həm də yaşayış binalarına düşür.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) mətbuat xidməti məlumat yayıb.
"Hazırda Mariupol rus qoşunları tərəfindən atəşə tutulur. Bombalar yaşayış binalarını vurur. Şəhərin mərkəzində yerləşən Priazovski Dövlət Texniki Universitetinin binasına zərbələr endirilir. Dramteatr ərazisində də bombardman qeydə alınıb. Qurbanlar barədə məlumat dəqiqləşdirilir. Rusiyalılar Mariupolun mülki əhalisinə məqsədyönlü hücumlar həyata keçirirlər", - USQ-nin bəyanatında deyilir.
Aslan Məmmədov