Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 22:36
"Le Figaro"nun məlumatına görə, bu barədə Fransanın kənd təsərrüfatı və ərzaq naziri Julyen Denormandi proqnoz irəli sürüb.
"Bir çox Aralıq dənizi ölkələri (Rusiya və Ukraynadan) buğda ixracından asılıdır. Qarşıdakı 12-18 ayda ərzaq böhranından qaçmalıyıq", - deyə o bildirib.
Denormand Fransanın Rusiya və ya Ukraynadan buğda idxalından çox az asılı olduğunu vurğulayıb. Eyni zamanda o qeyd edib ki, qeyri-sabit iqtisadi vəziyyət xüsusilə kənd təsərrüfatı heyvanları üçün yemin bahalaşmasına səbəb olacaq.
"Le Figaro"nun məlumatına görə, Qətər, Ruanda, Misir və Qırğızıstan kimi bəzi ölkələr 80 %-dən çox Rusiyadan buğda tədarükündən asılıdır. Türkiyədə bu göstərici 70 faizdir. Livan isə buğdanın 90 %-ni Ukraynadan təmin edirdi.
"Buna görə də Afrikada və Aralıq dənizi ətrafında yerləşən ölkələr Rusiya və Ukrayna ixracatının gedişatını böyük narahatlıqla izləyirlər", - deyə nəşrdə vurğulanıb.