Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna gözəli silah yardımı istədi - FOTOlar

Ukrayna gözəli silah yardımı istədi - FOTOlar

Tarix: 11 Mart 2022 09:44

2018-ci ildə keçirilən gözəllik yarışmasında "Miss Ukraine" titulunu qazanan Veronika Didusenko Los-Ancelesdə keçirdiyi mətbuat konfransında müharibədə yaşadıqlarından danışıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, Didusenko savaşın ilk günündə partlayış səslərinə oyandığını və təxliyə üçün 7 yaşlı oğlu ilə birlikdə ölkə sərhədinə yollandığını bildirib.

Siqnal səslərinin hər yerdə əks-səda verdiyini qeyd edən Veronika, "Metrostansiyalarda, sığınacaqlarda milyonlarla uşaq və ana bomba səsindən çaşıb qalırdı. Qadınların orada uşaq dünyaya gətirməsi daha acınacaqlıdır"- deyə vurğulayıb. 

Ukraynalıların torpaqlarını müdafiə etməkdə qərarlı olduğunu deyən Didusenko, ölkənin şərqindən, şimalından hücumların dayandırılması üçün silah və sursat dəstəyinə ehtiyac olduğunu bildirib.

O, digər ölkələri ukraynalıları və qadınları daha çox silahlandırmağa çağırıb.


Etiketlər:  Ukrayna gözəli silah yardımı istədi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ